SƏTHİN HAZIRLANMASI/ QUMVURMA İLƏ TƏMİZLƏMƏ/ RƏNGLƏMƏ
Səthin hazırlanması hər hansı bir örtük tətbiq etməzdən əvvəl polad alt təbəqənin ilkin
mərhələdə bərpasıdır və ümumiyyətlə korroziyadan mühafizə sisteminin ümumi
nailiyyətinə təsir edən ən vacib amil kimi qəbul edilir.
Bir örtüyün onun alt təbəqə materialına düzgün yapışma qabillyyətindən önəmli
dərəcədə təsirlənir. Polad səth üzərindəki qalıq dəmir yanıqları modern və yüksək
perfomanslı qoruyucu örtüklər tətbiq etmək üçün yetərsizdir və buna görə də abraziv
avadanlığı ilə təmizlənir.Yağ və qriz kimi digər səth çirkləndiriciləridə arzuolunmazdır və
ona görə də təmizlənmə prosesindən qabaq silinməlidir.
Səthin hazırlanması prosesi təkcə poladı təmizləməklə qalmır,həmçinin qoruyucu örtük
qəbul edən uyğun profil təqdim edir.
Səth hazırlığının tələblərinə dair standartlara və boyanın tətbiqinə nail olmaq üçün bütün
resurslarımız var.
Bizim qumlamaçılarımız və rəngsazlarımız səthin hazırlanması və boyanın tətbiqi üçün
peşəkar avadanlıqlardan istifadə edirlər .