SƏNAYE ALPİNİZMİ

Bir qədər tarixçəsi haqda

60 –cı illərin əvvəlində, hələ Sovet İttifaqının mövcud olduğu dövrdə, ixtisaslar 

siyahısında yeni peşə adı -sənaye alpinizmi yaranmışdır. Montajçı –alpinistlər dağlıq

ərazilərin mənimsilənməsinə köməklik edir, yamacların bərkidilib bəndlənməsi işlərini

yerinə yetirirdilər. İldən ilə sənaye alpinizmindən əldə edilmiş nailiyyətlərin istifadə

sahələri artırılır, tikintidə, neft-qaz sənayesində kəndirdən “sallanmış” adamlara daha

tez-tez təsadüf edilirdi. Müxtəlif istiqamətlərin mütəxəssisləri ,əsas peşələrinə əlavə

olaraq, kəndirlə qalxma-enmə üsullarını öyrənir, bu işlərdə müxtəlif avadanlıqların

istifadəsinin mümkünlüyünü araşdırır, o cümlədən xilasetmə üsullarına da yiyələnirdilər.

Hündürlük işlərinin aparılması üçün rəngsazlardan, qumlamaçılardan, təmizləyicilərdən ,

izolyasıyaedicilərdən ibarət xüsusiləşdirilmiş briqadaların sayı get-gedə artırdı.

Alpinist briqadalarının üstünlüyü – taxtabənd işlərinə vəsait sərf edilmir, materiallara

qənaət edilir, həmçinin taxtabənd quraşdırılmasına zaman sərf olunmur və istehsal

müvəqqəti də olsa belə dayandırılmır. Beləliklə qənaətçilik və müsbət cəhətlər göz

önündədir.

Sənayedə alpinizmin tətbiqi daha bir neçə üstünlüyə malikdir. Bu yüksək keyfiyyətli iş

deməkdir, haradakı bütün işlər əl ilə görülür və texnikanın tətbiq edilə bilmədiyi əlçatmaz

nöqtələri qət etməyə imkan verir. Alpinist sursatı böyük həcmdə işlərin görülməsinə də

imkan yaradır. Sığorta üsulları adı qalxmalarda olanlardan daha çox etibarlıdır. Sənaye

alpinizmi tikinti sənayesinin bütün sahələrində geniş vüsət almaqla həyatımıza bir

mənalı daxil olaraq mövqeyini möhkəmlətmişdir.

SƏNAYE ALPİNİZMİ

Xidmətin Video Görüntüsü

Bütün yeniliklərə abunə olun!