Qarabağ Azərbaycandır
44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatıb. İkinci Qarabağ müharibəsi bizim böyük zəfərimizdir. İşğal edilmiş torpaqlar Ordumuzun şücaəti sayəsində 30 il sonra işğalçılardan azad edilib. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, işğalçıları torpaqlarımızdan qovmuşuq. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Fizuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağ etrafında Ermenistan nəzarətindəki Azərbaycan torpaqlarından çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.