hidden

Şəhidimiz var!

Şəhidimiz var!

Azərbaycan şəhidin var. Şanlı ordumuzun, igid əsgərimizin şücaətilə iftixar hissi keçiririk, öyünürük! Verdiyimiz şəhidlər baş tacımızdırlar! Əlbəttə ki, torpaq bu günümüzün, sabahımızın, bütövlüyümüzün uğrunda canını fəda edənlərin sayəsində Vətən olur! 30.01.1992 təvəllüdlü Babayev Fərhad Məhərrəm oğlu 01.03.2018 tarixindən ATLAS ES şirkətində işə başlamışdı. 2ci Vətən Müharibəsində 29.09.2020 tarixində döyüşə getmiş, 24.10.2020 tarixində şəhid olmuşdur. Allahdan ailəsinə səbr diləyirik.

Şəhidlər qeyrət tacı, ucalıq zirvəsidir,

  Şəhidlər haqqın səsi, azadlıq nəğməsidir,

Şəhidlər yatan qəbir istiqlal türbəsidir,

 Şəhidlər Tanrımızın sevdiyi bəndələrdir,

       Şəhidlər ölmür heç vaxt, ömrü dünya qədərdir.  

                             

“Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz”.                                             

  (Bəqərə surəsi, 2/154)

Paylaş:

Bütün yeniliklərə abunə olun!