XİDMƏTLƏR

srv2XİDMƏT GÖSTƏRDİYİMİZ BƏZİ SEKTORLAR.

– Neft və Qaz                    – Enerji və kommunal xidmətlər
– İnşaat                             – Qida Sənayesi
– Dağ-mədən işləri

SƏTH HAZIRLIĞI/QUMVURMA İLƏ TƏMİZLƏMƏ.
Biz sizin səth hazırlığı tələblərinizə cavab verəcək resurslara sahibik. Hava verən maşın ilə birlikdə biz səth hazırlığı ilə əlaqədar olaraq mis şlak, qranat, alüminium oksid və püskürtmə, üfürmə sistemi, təzyiq, buxar və kimyəvi təmizləmə, elektrik və mexaniki üsullardan istifadə edirik. Yeni yaranan texnologiyaların olduğu daima dəyişən ətraf mühitdə siz səth hazırlığı layihənizin düzgün və təhlükəsiz şəkildə həyata keçirilməsini istəyirsinizsə, Atlas ES-in təcrübəsinə güvənə bilərsiniz. Biz bilirik ki, hər müştərinin ehtiyacları müxtəlifdir və biz sizin səth hazırlığı ilə bağlı problemlərinizin həll yolunu tapa bilərik.Əlavə olaraq biz sizi məqsədinizə çatmaq üçün ən son ekoloji metodlardan istifadə edən mütəxəssilərlə təmin edirik.

srv2RƏNGLƏMƏ
Bizim rəngsazlarımız ən yaxşı keyfiyyəti təmin etmək üçün ən keyfiyyətli boyama avadanlıqlarından istifadə edir: havasız, sadə, qızdırılmış, müxtəlif, parlaq, mükəmməl boyama sistemləri. Bizim səyyar qurğu sistemlərimiz mükəmməl keyfiyyətə nail olmaq üçün rəngsazlarımıza istehsal şəraitində işləməyə imkan verir.

QORUYUCU ÖRTÜKLƏR
Atlas ES bir çox sənaye qoruyucu örtüklərindən istifadəni təmin edən bir şirkətdir. Sizin müəssisədə və ya bizim məkanda beton, polad tikinti material və binalara boru çəkilişindən tutmuş istehsal avadanlıqları,kimyəvi zavodlar, neft təmizləyən zavodlara qədər biz istənilən həcmdə işi idarə edəcək resurslara sahib irəliləyən bir şirkət olaraq fərqlənirik. Sənaye örtükləri, örtük tələbləri, yeni tikinti layihələri və ya texniki xidmət təminatı ilə bağlı Atlas ES sizin ən yaxşı partnyorunuzdur. Biz sizin uzun müddətli aktivlərinizi dəyərləndiririk. Dəyər əlavə etmək və texniki xidmət xərclərini azaltmaqla onları mühafizə etmək bizim ən başlıca prioritetimizdir.Qısa müddət ərzində qrafiklə, büdcə, təcrübə və texnologiya, xərclər və xüsusi layihə parametrləri ilə müəyyən edilən sifarişçi layihələrini həyata keçirmək üçün bizim şirkətin kifayət qədər işçi qüvvəsi və ehtiyatları var. İşinizi bizə həvalə edin və biz sizə həll yolunu tapmaqda kömək edəcəyik.

srv2YANĞINDAN MÜHAFİZƏ TƏDBİRLƏRİ
Bizim şirkət neft-kimya, enerji və polad istehsalı sahəsində, həmçinin şəhərlərdə və ya insanların olduğu digər ictimai yerlərdə təhlükəsiz surətdə yanğından mühafizə tədbirlərini öz heyəti və ya peşəkar təlim almış şəxslərlə həyata keçirir. Biz sement və ya yanğına davamlı digər materiallardan istifadə edərək istehsalat və ya digər sahələrdə sizin işinizi asanlaşdırırıq. Köpükvurma, mala çəkmə və bu kimi çox saylı xidmət tələblərimiz bizim dünya səviyyəli aktivlərin mühafizəsi bacarığımıza və təcrübəmizə uyğunluq təşkil edir. İnternational, Carboline, PPG və Sherwin –Williams (əvvəllər Leighs) kimi tanınmış istehsalçılarla işləyərək biz passiv yanğından mühafizə tədbirləri ilə bağlı daha kompleks və effektiv üsullar təqdim edirik. Növbəti yanğından mühafizə layihənizdə bizim güclü aktivlər komandamızdan istifadə edin.
srv2
SƏNAYE TİKİNTİ-QURUCULUQ İŞLƏRİ
Biz uğurlu layihənin həyata keçirilməsində mühüm rol oynayan tikinti-quruculuq xidmətləri, avadanlıqların alınması və yüksək səviyyədə ixtisaslaşmış sahə nəzarət heyətini təmin edən bir şirkətik. Atlas ES olaraq biz ən təhlükəsiz iş şəraiti təmin etmək üçün peşəkar səviyyədə fəaliyyət göstəririk. Bizim yüksək ixtisaslı çox bacarıqlı memarlardan ibarət komandamız yüksək keyfiyyətli inşaat materiallarından istifadə edərək işləyirlər. Biz hər zaman təhlükəsizlik fəaliyyətimizi qoruyub saxlamaq və inkişaf etdirmək məqsədilə yeni və qabaqcıl metodlar axtarıb tapmağa çalışırıq.

POLİURETAN TEXNOLOGİYASI
Biz aşağıdakı poliuretan vasitələrini təklif edirik : su keçirməyən dam örtüyü, fundament, hidrotexniki qurğular, tunellər, yollar, su anbarları, körpülərin korroziyadan qorunması, gəmi göyərtələri və müxtəlif təyinatlı metal konstruksiyalar, konstruksiyaların mühafizəsi, texniki avadanlıqların və konstruksiyaların abraziv yeyilmədən mühafizəsi, yük avtomobillərinin abraziv yeyilmədən mühafizəsi, mərtəbələrarası örtüklərin hazırlanması, istilik boru xətlərinin mühafizəsi,su sərfiyyatını tənzimləmək üçün qoruyucu örtüklər, döşəmə örtükləri.

srv2KƏNDİR İLƏ HÜHDÜRLÜYÜ QƏT ETMƏK SİSTEMLƏRİ VƏ YA SƏNAYE ALPİNİZMİ
Bir qədər tarixçəsi haqda
60 –cı illərin əvvəlində, hələ Sovet İttifaqının mövcud olduğu dövrdə, ixtisaslar siyahısında yeni peşə adı -sənaye alpinizmi yaranmışdır. Montajçı –alpinistlər dağlıq ərazilərin mənimsilənməsinə köməklik edir, yamacların bərkidilib bəndlənməsi işlərini yerinə yetirirdilər. İldən ilə sənaye alpinizmindən əldə edilmiş nailiyyətlərin istifadə sahələri artırılır, tikintidə, neft-qaz sənayesində kəndirdən “sallanmış” adamlara daha tez-tez təsadüf edilirdi. Müxtəlif istiqamətlərin mütəxəssizləri ,əsas peşələrinə əlavə olaraq, kəndirlə qalxma-enmə üsullarını öyrənir, bu işlərdə müxtəlif avadanlıqların istifadəsinin mümkünlüyünü araşdırır, o cümlədən xilas etmə üsullarına da yiyələnirdilər. Hündürlük işlərinin aparılması üçün rəngsazlardan, qumlamaçılardan, təmizləyicilərdən , izolyasıya edicilərdən ibarət xüsusiləşdirilmiş briqadaların sayı get-gedə artırdı.

Alpinist briqadalarının üstünlüyü gerçəkdir – taxtabənd işlərinə vəsait sərf edilmir, materiallara qənaət edilir, həmçinin taxtabənd quraşdırılmasına zaman sərf olunmur və istehsal müvəqqəti də olsa belə dayandırılmır. Beləliklə qənaətçilik və müsbət cəhətlər göz önündədir.

Sənayedə alpinizmin tətbiqi daha bir neçə üstünlüyə malikdir. Bu yüksək keyfiyyətli iş deməkdir, haradakı bütün işlər əl ilə görülür və texnikanın tətbiq edilə bilmədiyi əlçatmaz nöqtələri qət etməyə imkan verir. Alpinist sursatı böyük həcmdə işlərin görülməsinə də imkan yaradır. Sığorta üsulları adı qalxmalarda olanlardan daha çox etibarlıdır. Sənaye alpinizmi tikinti sənayesinin bütün sahələrində geniş vüsət almaqla həyatımıza bir mənalı daxil olaraq mövqeyini möhkəmlətmişdir.

Aşağıda, IRATA tələblərinə uyğun olaraq kəndir ilə hühdürlüyü qət etmək sistemlərinə və sənaye alpinizm üsullarına yiyələnmiş əməkdaşlarımızın görə biləcəyi işlərin və avadanlıq tiplərinin siyahısı təqdim edilir.

Avadanlıq tipi- Peltz
Örtük-panel arakəsmələrinin qermetikləşdirilməsi
Hündürlük təmizlik işləri (fasad və şüşələrin yuyulması)
Metal konstruksiyaların rənglənməsi
Qum-şirnaqçı üsulu ilə emal
Antikarroziya emalı
İzolyasiya və qermetikləşdirmə işləri

srv2İCARƏ XİDMƏTİ
Atlas ES Neft və Qaz,İnşaat və digər sektorlar üçün xüsusi icarə xidmətləri təmin etmək sahəsində 8 illik təcrübəyə malikdir. Biz bazarda portativ kompressorlar və dizellə işləyən generatorlar daxil olmaqla Atlas Copco məhsulları ilə aparıcı mövqe tuturuq.
Bizim İcarə xidmətlərimizə güvənməyiniz üçün çoxlu səbəb var.
-Avadanlıqlarla bağlı əlavə investisiyaya ehtiyac yoxdur.
-Hər zaman mövcud olan avadanlıqlar
-Ən son texnologiyalardan istifadə edilərək təqdim edilən məhsullar
-Tam xidmət
Bizim icarə avadanlıqlarımız yüksək fəaliyyətə keyfiyyət,maksimum qənaətə effektivlik və qəlb rahatlığınız üçün təhlükəsizliyə zəmanət verir. Bizim yerli komandalarımız sizə düzgün avadanlıq seçimi, texniki xidmət və vaxtında çatdırılma işləri ilə bağlı köməklik edir.

 

 

 

QAZMA-QUMLAMA VƏ KƏŞFİYYAT QAZMA İŞLƏRİ
Azərbaycanda və Gürcüstanda həyata keçirilən fəaliyyət növləri ilə birlikdə Atlas ES qazma-qumlama və kəşfiyyat qazma işləri üzrə ixtisaslaşmış bir şirkətdir.Bu fəaliyyət sahəsi Atlas ES-in genişlənən xidmətlərinin bir hissəsi olaraq 2012-ci ildə yaradılıb və digər xidmətlərə əlavə olaraq qazma işlərinin həyata keçirilməsinə əsaslanır.