Haqqımızda

ATLAS ES 2003-cü ildən Azərbaycanda qeydiyyata alınan 100% yerli şirkətdir. Texniki bacarıqları və çox təcrübəli heyəti ilə qumvurma ilə təmizləmə, rəngləmə, kəndir ilə hühdürlüyü qət etmək sistemləri, passiv yanğından mühafizə kimi xüsusi örtüklərin istifadəsi, poliuretan materialları, isitmə və soyutma sistemləri, quruculuq, geotexniki və qazma-qumlama işləri, taxtabənd montajı(quraşdırılması), hava kompressorları və dizellə işləyən generatorların təchizatı və icarəyə verilməsi kimi xidmətləri təklif edir.

Bizim şirkət öz etikası və fəlsəfəsi ilə qürur duyur. Cəld reaksiya, sahibkarlıq qabiliyyəti, bazar iqtisadiyyatı haqqında ətraflı məlumata, böyük təcrübəyə sahib olmaqla peşəkar səviyyəli gənc aktiv komanda heyəti ilə birlikdə keyfiyyətli xidmət göstərir.

Biz fəxr edirik ki, qısa müddət ərzində regionun neft, qaz və energetika sənayesində bəzi aparıcı rəqiblərin sadiq iş tərəfdaşına çevrilmişik. ATLAS ES-də biz daima məhsullarımızı və xidmətlərimizi təkmilləşdirməklə öz müştərilərimizə xidmət göstərməyə, bazarda rəqabət üstünlüyünə nail olmağa və onu möhkəmləndirməyə çalışırıq.

Biz bu fürsətlə MDB çərçivəsində Azərbaycan və Gürcüstanda yerləşən şöbələri ilə müştərilərə inşaat, dağ-mədən, qida , quruculuq, Neft və Qaz və digər sənaye sahələrində ofşor və onşor zonalar üzrə müxtəlif xidmətlər göstərən şirkətimiz haqqında qısa məlumat veririk.

Şirkətimizin gənc olmasına baxmayaraq o idarə və texniki heyətimizin müxtəlif layihələr üzrə illərdir qazandığı Tikinti-quruculuq işlərinin təminatı, İsitmə və Soyutma sistemləri, Rəngləmə, Neft və Qaz sənayesi ilə əlaqədar olaraq müxtəlif sahələrdə korroziyaya qarşı örtüklərin istifadəsi və qumvurma işləri, geotexniki və qazma, qumlama işləri, Azərbaycanda və Gürcüstanda hava kompressorları və dizellə işləyən generatorların təchizatı və icarəyə verilməsi kimi təcrübəyə sahibdir.

Öz peşələrində təcrübəyə malik yüksək ixtisaslı əməkdaşlarımız təhlükəsizlik haqqında istehsalat standartlarına cavab verəcək şəklildə biliyə malikdirlər. Gördüyümüz hər bir işdə qarşımıza qoyduğumuz məqsəd təhlükəsiz, dayanmadan, minimum fasilə ilə yüksək keyfiyyət standartlarını təmin etmək olmuşdur.

Bütün yeniliklərə abunə olun!